Qəhrəmanlıq nümunəsi

Qəhrəmanlıq nümunəsi

20 Yanvar şəhidləri xalqımızın mübarizliyini bir daha bütün dünyaya sübut ediblər

34 il bundan əvvəl baş verən 20 Yanvar hadisələri xalqımız üçün bir milli örnək oldu. Bu bir qırğın idi, eyni zamanda xalqın cəsarətini, heysiyyatını göstərən şərəfli bir hadisə idi. Çünki 20 Yanvarda xalqımız özünün şərəf işini həyata keçirirdi və bunu ləyaqətlə də yerinə yetirdi. Bu, böyük düşmən qarşısında mübarizə idi və qələbə də çalındı. Xalqımızın milli azadlıq və müstəqillik uğurunda bu mübarizəsinin sonunda Azərbaycan yenidən müstəqilliyini əldə etdi. O gecə dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. O zaman SSRİ-nin dağılmasında və Azərbaycanın müstəqillik qazanmasında 20 Yanvarın çox önəmli rolu olmuşdur. Bu hadisələrədn sonra Bakıda Azadlıq meydanında, eləcədə ölkənin bütün regionlarınd iansanların etirazı getdikcə artırdır. Lakin  Moskva və onun Bakıdakı əlaltıları isə dialoqu genişləndirmək, problemləri həll etmək əvəzinə gizlicə hərbi müdaxiləyə hazırlaşıdrılar. Hərbi müdaxilə azərbaycanlıların SSRİ adlı ümumi evdə yaşamanın mənasız olduğunu əyani göstərdi və bir il sonra imperiya dağıldı. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “…1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. 20 Yanvar qırğınınından sonra xalqmızın başına gətiriliən ən ağır faciə Xocalı soyqırımı oldu. Bu gün xalqımız rahatlıq tapır ki, işğaldakı torpaqlarımız geri alındı, Qarabağ məsələsi həll olundu və Xocalı faciəsini törədlənlər həbs olunaraq məhkəmə qarşısına çıxarılıblar. Onlara məhkəmə ən layiqli ağır cəzanı verəcək. Lakin 20 Yanvar faciəsinin baiskarları hələ də cəzalarını almayıblar. 34 il keçməsinə baxmayaraq, beynəlxlaq təşkilatlar hələ də hadisəyə münasibət bildirməyib. Buna görə də 20 Yanvar bağlı beynəlxalq məhkəməyə müraciət etmək effektiv nəticə verə bilər. Bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması beynəlxalq ictimaiyyətin gündəminə çıxarmalıyıq. Ona görə də Azərbaycan həqiqətlərinin, eləcə də 20 Yanvar faciəsinin  bütün dünyaya yayılması hər zaman aktualdır. Yeri gəlmişkən 1990-cı il qanlı yanvar faciəsi müxtəlif dövlətlərin KİV-ində geniş şəkildə işıqlandırılır. Bu yazılarda  20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Yazılarda görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirildiyi vurğulanır. Həlak olanlar arasında qadınların, uşaqların və qocaların da olduğu bildirilir.

20 Yanvar şəhidləri xalqımızın mübarizliyini və qəhrəmanlığını bir daha bütün dünyaya sübut ediblər. Xaricdəki soydaşlarımız ənənəvi olaraq 20 Yanvar şəhidlərini yad edirlər. Diaspor tərəfindən keçirilən təbirlərdə azərbaycanlı gəncləri yadddan çıxmayan İlham və Fərizə tarixini danışırlar. Müxtəlif ali məktəblərin tələbələri bu faciəli gün haqqında şeirlər söyləyirlər. 20 Yanvar günü bəzi ölkələrdə diasporumuz tərəfindən kimsəsiz insanlara yardım-könüllülük proqramı  da təşkil edilir. Bununla yanaşı, diaspor üzvləri yaşadıqları ölklərin Xarici İşlər Nazirliyinə 20 Yanvar faciəsi ilə bağlı müraciətlər ünvanlayırlar. Müraciətlərdə Azərbaycanın bu qanlı tarixi ilə bağlı geniş məlumat yazılır və sonda yerli hakimiyyətlərdən bu qanlı faciənin anılması üçün təşəbbüs göstərməsi xahişi edilir.

Hazırda  Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı üçün 20 Yanvar faciəsi milli mənliyini özündə yaşadan qəhrəmanlıq nümunəsidir. Müstəqillik uğrunda şəhid olanları xalqımız hər zaman ehtiramla anır.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

Share: