Bayden daha 74 min nəfərin tələbə kreditini ləğv edib

Bayden daha 74 min nəfərin tələbə kreditini ləğv edib

Bayden daha 74 min nəfərin tələbə kreditini ləğv edib

ABŞ Prezidenti Co Bayden ölkə üzrə daha 74 min nəfərin tələbə kreditini ləğv edib.

xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Qeyd olunub ki, bununla da Bayden administrasiyası dövründə tələbə krediti borcu ləğv edilmiş amerikalıların sayı 3,7 milyonu keçib.

“Bu gün yardım üçün təsdiqlənmiş 74 000 borcalandan təxminən 44 000-i 10 illik dövlət qulluğundan sonra əfv qazanan müəllimlər, tibb bacıları, yanğınsöndürənlər və digər şəxslər, 30 000-ə yaxını isə ən azı 20 ildir borcunu qaytaran şəxslərdir, lakin heç vaxt gəlirə əsaslanan ödəmə planları vasitəsilə qazandıqları yardımı əldə edə bilməyən şəxslərdir”, – məlumatda qeyd olunub.

Share: