Türkiyə Kubokunda 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, püşkatma mərasimində Türkiyə Futbol Federasiyasının rəsmiləri və klub nümayəndələri iştirak ediblər.
Ziraat Türkiyə Kubokunda son 16 turun cütlükləri belədir:
“Sivasspor” – “Konyaspor”
“Başakşehir” – “Hatayspor”
“Gençlerbirliği” – “Trabzonspor”
“Antalyaspor” – “Beşiktaş”
“Karagümrük” -“Samsunspor”
“Ankaragücü” – “Erzincanspor”
“Qalatasaray” – “Bandırmaspor”
“Qaziantep” – “Fənərbaxça”
Qeyd edək ki, Türkiyə kubokunda son 16 turunun oyunları fevralın 6, 7 və 8-də keçiriləcək.