Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 31,3 mln. manat və ya ümumi gəlirlərin 0,1 faizi həcmində vəsait təmin olunub. Bu da proqnoza nisbətən 6,3 mln. manat və 25,2 faiz çoxdur.
“-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə ümumi gəlirlərin 2,3 faizi həcmində olmaqla 822,9 mln. manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 18,8 mln. manat və ya 2,3 faiz çoxdur.
Ötən il dövlət büdcəsinə sair daxilolmalar proqnoza nisbətən 37,3 mln. manat və ya 7 faiz azalaraq 495,9 mln. manat təşkil edib. Bu da ümumi gəlirlərin 1,4 faizinə bərabərdir.
Bundan əlavə, məqsədli büdcə fondlarının (Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 22,6 mln. manat təşkil edib.