Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.
-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
“Ateko” markalı yük avtomobili “KamAZ” markalı maşına çırpılıb.
Nəticədə yoldan çıxaraq aşan “KamAZ”ın sürücüsü, Bərdə sakini Nurlan Eynullayev hadisə yerində ölüb. Qəza zamanı “Ateko”nun sürücsü yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.