Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli və iranlı həmkaraları ilə ABŞ-də görüşüb.
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla BMT çərçivəsində danışıqlar zamanı Qəzza zolağında tezliklə atəşkəsin təmin edilməsi barədə danışıq və Qırmızı dənizdəki gərgin vəziyyətdən narahatlıq ifadə olunub.
Tərəflər həmçinin iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörməti təsdiqləyiblər.
Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə də danışıqlar aparıb.
Bundan əvvəl Lavrov BMT-də Livan və İndoneziya xarici işlər nazirləri ilə görüşüb.