Banklar və “Azərpoçt” üzrə ötən il dövriyyədə olan ödəniş kartlarının sayı 16 milyon 925 min ədəd təşkil edib.
“-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 360 min ədəd çoxdur.
Ödəniş kartlarının sayı 2022-ci illə müqayisədə isə 24.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artıb.