Ötən il BOKT-lar 76 mln. manata yaxın xalis mənfəət əldə ediblər

Ötən il BOKT-lar 76 mln. manata yaxın xalis mənfəət əldə ediblər

Ötən il BOKT-lar 76 mln. manata yaxın xalis mənfəət əldə ediblər

Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 75,8 milyon manat xalis mənfəət əldə ediblər.

“-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə 2,9 dəfə və ya 50.1 milyon manat çoxdur.

Ötən il BOKT-ların xalis faiz gəlirləri əvvəlki illə müqayisədə 2.1 dəfə artaraq 160.4 milyon manat, əməliyyat mənfəətləri isə 2.6 dəfə artaraq 99.3 milyon manat olub. 2023-cü ildə BOKT-lar 17.4 milyon manat mənfəət vergisi ödəyiblər.

2023-cü il yanvar ayının 1-nə BOKT-ların aktivləri 758,5 milyon manat olub ki, bu göstərici əvvəlki illə müqayisədə 47,1% çoxdur. Aktivlərin 600.8 milyon manatı və ya 79.2%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 36.4% böyüyüb.

Bu dövrdə BOKT-ların öhdəlikləri illik müqayisədə 45% artaraq 443,3 milyon manata, balans kapitalı isə 50,1% artaraq 315,2 milyon manata yüksəlib.

Share: