Aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır

Aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır

Aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır

Aydın görünür ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Almaniya və Fransanın əlində oyuncaqdır.

xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AŞPA-nın Azərbaycanla bağlı son addımını dəyərləndirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycanın Zəfərini, öz torpaqlarını Ermənistanın işğalından azad etməsini həzm edə bilmirlər: “Həm Ermənistan rəhbərliyi, həm dünya erməniliyi, həm də Qərbin “erməni xəstəliyinə” tutulmuş qurum və dövlətləri torpaqlarımızı işğaldan azad etməyimizi həzm edə bilmədikləri üçün bir-birinin ardınca Azərbaycana hücum edirlər. Əslində AŞPA Azərbaycana qarşı son çirkin addımını qurşaqdan aşağı zərbə kimi dəyərləndirmək olar. Yanvarın 22-də baş verənlər bu qurumu öz nəzarətinə götürən Fransa-Almaniya cütlüyünün Azərbaycana təzyiq etmək istiqamətində etdiyi növbəti cəhd kimi dəyərləndirməliyik. İndi aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. AŞPA-dakı gözlərini erməni sevgisi kor etmiş bədxahlar atdıqları addımın Azərbaycana yox, elə onların özlərinə ziyan vuracağını düşünməli idilər. Mən özlərinə deyəndə, onların yengəlik etdiyi Ermənistanı da nəzərdə tuturam. Hamıya gün kimi aydındır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ermənistanı bir dövlət kimi məhv olmaqdan xilas edə, bu ölkənin iqtisadi baxımdan özünə gəlməsinə dəstək ola bilər. Amma görünən odur ki, mərkəzində Fransa-Almaniya cütlüyünün dayandığı Qərbin bəlli qaranlıq gücləri bu sazişin imzalanmaması, dolayısı ilə Ermənistanın da inkişaf etməməsi üçün dəridən-qabıqdan çıxırlar. Onların bu dəfə əl atdığı “AŞPA” təzyiqi isə sadəcə, Avropa Şurası üçün bumeranq effekti verəcək. Çünki bu gün dövlətinin milli maraqlarını düşünən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq bu sualı verir- Azərbaycana Avropa Şurası nəyə lazımdır? Bu quruma Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün üzv olmuşduq. AŞPA-nın bu məsələnin həllində heç bir rolu olmadı. AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycan Avropa Şurasından çıxarsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər: “Bundan Azərbaycan heç nə itirməyəcək, çünki bu günədək bu məhkəmənin Azərbaycanla bağlı rolu yalnız Qərbin 5-ci kolonunu müdafiə etməkdən ibarət olub”.

Share: