Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər .
xəbər verir ki, bu barədə Ukraynanın Suspilne saytı məlumat verib.
Bundan əvvəl Ukrayna mediası İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazmışdı.
***
13:52
Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.
Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.
Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.
Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.