Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
“Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub”, – deyə vilayət rəhbəri bildirib.
Qubernatorun sözlərinə görə, hazırda ərazi mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır. “Qəzanın səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir”, – Qladkov əlavə edib.
Qeyd edək ki, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.