Füzuli şəhərinə köçürülən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib – FOTO

Füzuli şəhərinə köçürülən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib – FOTO

Füzuli şəhərinə köçürülən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib – FOTO

Yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən -ya verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 470 ailə, 1750 nəfərin daimi məskunlaşması təmin edilib.

***

06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 470 ailə, 1750 nəfərin daimi məskunlaşması təmin edilib.

***

06.10

Bu gün Füzuli şəhərinə növbəti köç yola salınır.

xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülür.

Bununla da Füzuli şəhərinə 470 ailə, 1750 nəfər köçürülmüş olacaq.

Aytən Sakitqızı

Share: