Bu gün Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Milli Qəhrəman Yüksəl Əlizadə adına Musiqi və İncəsənət Mərkəzinin birgə layihəsi olan HEYDƏR ƏLİYEVİN 100 illiyinə həsr ediımiş “Məni tanı” Uşaq İncəsənət festivalının qalibləri elan olunub. Festivalda Gəncə və Gəncə ətrafi 350 nəfər şagird musiqi və incəsənət sahəsinin müxtəlif nominasiyalari üzrə qeydiyyatdan keçərək qalib olmaq üçün mübarizə aparıblar.
Qaliblər arasında Gəncə şəhər M.Mehdizadə adına 4 saylı xarici dil təmayüllü məktəbin 5-ci sinif şagirdi Bayram Qurbanov da var. Gitarada ifa etdiyi vətənpərvərlik mahnıları ilə qalib olan Bayram Qurbanov məşhur qarmon ifaçısı Əli Qurbanovun nəvəsidir. Yeniyetmə Bayram Qurbanov da babasının yolunu musiqiçi olaraq davam etdirir. Onu da deyək ki, Bayram Qurbanovun atası Mokvada tanınmış diaspor fəalı Namiq Qurbanovdur.