Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün “Montrö Boğazlar Konvensiyası”na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.
Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.