Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.
Məlumata görə, buna görə Yaqub Həsənov ötən gün Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.
Vasif Həsənovun xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.
***
25 yanvar, 23.28
Yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan -ya bildirilib ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
23.00
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov -ya bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
***
22.33
Gəncədə qətl hadisəsi baş verib.
-yerli bürosunun məlumatına görə, şəhər sakini, 1987-ci il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.