Azərbaycan Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyi işini bərpa edəcək

Azərbaycan Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyi işini bərpa edəcək

Azərbaycan Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyi işini bərpa edəcək

Azərbaycan 2024-cü ildə Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyinin işini bərpa etməyi planlaşdırır.

-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

“2024-cü ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinin (turizm ofisi) işinin bərpası planlaşdırılır ki, bu da ikitərəfli turizm əlaqələrini daha da gücləndirəcək. Biz gələcəyə nikbin baxırıq və onun işıqlı olması üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – deyə səfir qeyd edib.

Share: