Sevdiyi qızla evlənmək istədi, atası gözlərini çıxardı- DƏHŞƏT

Pakistanın Nəsirabad kəndində dəhşətli hadisə baş verib.

Müstəqil.Az xəbər verir ki, gənc oğlanın vəhşicəsinə gözləri çıxarılıb. Buna səbəb onun öz sevdiyi qızla evlənmək arzusu olub. Belə ki, 22 yaşlı gənc atasından öz sevdiyi qıza elçi getməsini istəyib. Bunu qəbul etməyən 70 yaşlı qəddar ata digər oğulları ilə birlikdə qaşıqla oğlunun gözlərini çıxarıb və ona “ibrət dərsi verib”. Nəticədə gəncin görmə qabiliyyəti tamamilə itib.

Share: