“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir

“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir

“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçiləri təlimatlandırılması məqsədi ilə keçirdiyi silsilə təlimlər 24 yanvar 2024-cü il tarixdə Göygöl, 25 yanvar 2024-cü il tarixdə Samux, 26 yanvar tarixində Zaqatala  və 28 yanvar tarixində Şəmkir şəhərlərində davam edib. Göygöl, Samux, Şəmkir  və Zaqatala rayonlarında fəaliyyət göstərəcək müşahidəçilər üçün keçirilən təlimlərdə  Koalisiyanın təlimçiləri İrşad Abbasov, Müşfiq Məmmədov və Qalib Mehdiyev iştirakçılar qarşısında çıxış ediblər.  Təlimçilər  “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verərək, onun  məqsəd və məramlarını açıqlayıb, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər.  Tədbirdə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verilib, Mərkəzi Seçki Komissiyasının hazırladığı  “Müşahidəçilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.

 

 

Share: