İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.
xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.
“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, – deyə qeyd olunub.
Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.
Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.
***
Saat 20:36
İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.
Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.