Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşir.
xəbər verir ki, bu, parlamentin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyinə daxil edilən “Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına 5 məsələlərin salınması təklif edilir:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;
3. Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
4. “Ali təhsil haqqında” qanun layihəsi;
5. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri