Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.
xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.
“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə bildirilib.
***
Saat 18:40
Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin VIII sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.
Bu barədə -ya məktəbdən məlumat verilib.
Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.