Nigerin qərbindəki Tilaberi bölgəsində kəndə hücum edilib.
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisədə 22 mülki şəxs həlak olub.
20 motosikletlə kəndə hücum edənlər sakinlərə atəş açıb.
26 iyul 2023-cü ildə Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq prezident Məhəmməd Bazumun istefasını elan etdi.
Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradıldı.
Puşistlərin qərarlarından biri də cihadçılarla mübarizə aparmaq üçün məhdud hərbi kontingentin yerləşdirilməsi ilə bağlı Fransa ilə hərbi müqavilələrin denonsasiyası olub.
Elə həmin il sentyabrın əvvəlində Paris ekstremistlərə qarşı mübarizədə istifadə edilən hərbi təyyarələrin bir hissəsini Afrika ölkəsindən çıxarmaq niyyətində olduğunu açıqladı.