Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 1627 nəfər olmaqla, 431 ailənin daimi məskunlaşması təmin edilib.
Orxan Aslan
***
Saat 06:00
Bu gün Laçın şəhərinə növbəti köç yola salınır.
xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 23 ailə, 72 nəfər köçürülür.
Bununla da Laçın şəhərinə 431 ailə, 1627 nəfər köçürülmüş olacaq.