Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” ölkənin Energetika Nazirliyinin göstərişinə əsasən, neft hasilatını artırmayacaq.
Bu barədə “-Economics” şirkətin yaydığı rəsmi bəyanata istinadən xəbər verir.
Məlumata görə, Energetika Nazirliyinin göstərişinə əsasən, gündəlik maksimal neft hasilatı həcmini 12 mln. barel səviyyəsindən saxlamalı və gündəlik hasilatı 13 mln. barelədək çatdırmağı planlaşdırır.
Şirkət daha əvvəl bəyan etmişdi ki, 2027-ci il üçün gündəlik neft hasilat gücünü 12 milyon bareldən 13 milyona çatdırmağı planlaşdırır.
Qeyd edək ki, “Saudi Aramco” neft hasilatı və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkətlərindən biridir.