Bir gün ərzində “Whatsapp”la bağlı 1000-dək müraciət daxil olub

Bir gün ərzində “Whatsapp”la bağlı 1000-dək müraciət daxil olub

Bir gün ərzində “Whatsapp”la bağlı 1000-dək müraciət daxil olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bildirir ki, hazırda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub.

“-Economics”in ETX-ə isinadən xəbərinə görə, qurum tərəfindən məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

Share: