Ötən il notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyon manata yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına dair kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb.