Amerika Birləşmiş Ştatları və Böyük Britaniya silahlı qüvvələri Yəməndə husi qüvvələrinin mövqelərinə zərbələr endirib.
xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.