Kosovo beynəlxalq təzyiqlər fonunda serb dinarı qadağasını təxirə salıb

Kosovo beynəlxalq təzyiqlər fonunda serb dinarı qadağasını təxirə salıb

Kosovo beynəlxalq təzyiqlər fonunda serb dinarı qadağasını təxirə salıb

Kosovo hökuməti serb dinarını qadağan etmək qərarının icrasını təxirə salıb.

xəbər verir ki, bu barədə Kosovo Baş nazirinin müavini Besnik Bislimi deyib.

Baş nazirinin müavini ölkədə nağd ödənişlər üçün yalnız avrodan istifadəni nəzərdə tutan qərarın planlaşdırıldığı kimi fevralın 1-də qüvvəyə minəcəyini bildirib. Vurğulayıb ki, serb dinarından hələ də istifadə edən yerli serblər üçün keçid dövrü elan olunacaq. Hökumət Kosovo serblərinə avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid müddəti təklif edib. Eyni zamanda, hökumət ölkədəki serblərin Kosovonun maliyyə sisteminə cəlb etmək planına sadiq qalacağına söz verir.

Besnik Bislimi bu keçid dövrünün nə qədər davam edəcəyi açıqlamayıb.

Xatırladaq ki, ABŞ, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya kimi ölkələr Kosovonu serb dinarını qadağan etmək qərarını yenidən nəzərdən keçirməyə çağırmışdı. Kosovonun bu niyyəti ölkənin şimalındakı bələdiyyələrdə yaşayan serblər tərəfindən narazılıqla qarşılanmışdı. Avropa Komissiyası da tərəfləri iki ölkə arasında normallaşma prosesinə mənfi təsir edəcək hərəkətlərdən çəkinməyə çağırmışdı.

Share: