Pentaqonun öz ehtiyatlarından Yunanıstana təmənnasız ötürməyi planlaşdırdığı Amerika hərbi texnikası metal tullantısıdır və onun bərpasına yüz milyonlarla avro lazımdır. Bu barədə Yunanıstanın “Demokratiya” qəzeti ölkənin hərbi dairələrindəki mənbələrə istinadən xəbər verib.
-nın TASS-a istinadən verdiyi məlumata görə, nəşr Vaşinqtonun təhvil verdiyi silah və texnikanı “amerikalıların çürük hədiyyələri” adlandırıb.
ABŞ dövlət katibi Antoni Blinkenin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə yazdığı məktubda qeyd etdiyi iki C-130H hərbi-nəqliyyat təyyarəsi Nevada ştatında qəzalı vəziyyətdədir. Onların işlək vəziyyətə gətirilməsi üçün 110 milyon avro vəsait tələb olunacaq.
Bənzər bir vəziyyət, LCS freqatına aiddir. Bu gəmilər ABŞ-da uğursuz hesab edilib və ölkənin dəniz qüvvələrinin tərkibindən çıxarılıb. Onların hər birinin təmiri Afinaya 70 milyon avroya başa gələcək.
Yunanıstanın 40 F-35 qırıcısı almasına gəlincə, ölkənin büdcəsində cəmi 12 belə təyyarənin alınması üçün vəsait var.