Portuqaliyalı ulduz Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Lionel Messinin formasını geyindiyi ABŞ-ın “İnter Mayami” klubu arasında yoldaşlıq görüşü keçirilib.
xəbər verir ki, zədə səbəbindən Ronaldonun çıxış etmədiyi görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.
“Əl-Nəsr” rəqibinin qapısından 6 cavabsız top keçirib.
Meydan sahiblərinin heyətində Anderson Taliska het-trik edib. Digər qolları isə Otavio, Laporte və Marran rəqib qapısından keçiriblər.
Qeyd edək ki, “İnter Mayami”ə Lionel Messi qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxıb.