Britaniya Hərbi Dəniz Qüvvələri Atlantik okeanındakı “Trident II” nüvə sualtı qayıqlarından qitələrarası ballistik raketini sınaqdan keçirəcək.
xəbər verir ki, bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Səkkiz ildə ilk sınaq buraxılışı olacaq raket döyüş başlığı olmadan atılacaq.
Raketin uçuş məsafəsinin 6000 km olacağı nəzərdə tutur.
Sınaq ABŞ-ın şərq sahilindən təxminən 90 km məsafədə fevralın 4-dən gec olmayaraq baş tutacaq.
Yanvarın sonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Karlos del Toro Britaniya Silahlı Qüvvələrinin sayının hazırda kifayət etmədiyi və yenidən nəzərdən keçirilməli olduğu fikrini bildirib.
Bundan əvvəl ABŞ “Trident II” ballistik raketinin uğurlu sınağını elan edib.