İran Prezidenti İbrahim Rəisi mümkün müharibə ehtimalından danışıb.
xəbər verir ki, Hörmüzqanda səfərdə olan İbrahim Rəisi bildirib ki, İran müharibəyə başlamayacaq, amma kimsə hücum etməyə cəhd etsə, ona sərt cavab veriləcək.
“Əvvəllər nə vaxt İranla danışmaq istəsələr, hərbi variantın masa üzərində olmasından danışırdılar. İndi isə deyirlər ki, bizim İranla münaqişə etmək niyyətimiz yoxdur. Biz müharibəyə başlamayacağıq, amma kimsə hücum etməyə cəhd etsə, sərt cavab alacaq”, – Rəisi qeyd edib.
Qeyd edək ki, “New York Times” yazır ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün aydın göstərişlər verib. Nəşrin xəbərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası bu həftə fövqəladə iclas keçirərək. Şura İraqda İrana yaxın qüvvələrin İordaniyada ABŞ-nin 3 əsgərinin ölümünə və 40-dan çox əsgərinin yaralanmasına səbəb olan hücumdan sonra ABŞ-nin cavab addımı atacağından dərin narahatlığını ifadə edib.