HAMAS rəsmisi atəşkəslə bağlı təklifə tezliklə cavab verəcəklərini deyib

HAMAS rəsmisi atəşkəslə bağlı təklifə tezliklə cavab verəcəklərini deyib

HAMAS rəsmisi atəşkəslə bağlı təklifə tezliklə cavab verəcəklərini deyib

HAMAS Qəzzada döyüşlərdə uzunmüddətli atəşkəs, saxlanılan israilli girovların və İsraildə həbs edilən fələstinlilərin mərhələli şəkildə azad edilməsini ehtiva edən təklifə çox yaxında cavab verəcək.

“Associated Press”ə istinadən xəbər verir ki, bu barədə HAMAS-ın yüksək rütbəli rəsmisi deyib.

O bildirib ki, davamlı atəşkəs HAMAS üçün ən vacib komponentdir və qalan digər məsələləri müzakirə etmək olar.

Xatırladaq ki, çoxmərhələli təklif bir neçə gün əvvəl ABŞ, İsrail, Qətər və Misirin yüksək səviyyəli rəsmiləri tərəfindən hazırlanıb. Məsələ ilə bağlı HAMAS-ın cavabını gözləyirlər. Qahirədə təmaslardan birbaşa xəbəri olan yüksək rütbəli Misir rəsmisi bildirib ki, HAMAS rəsmi cavab təqdim etməsə də, artıq müsbət siqnallar göndərib.

Share: