Beynəlxalq Çövkən Federasiyasının rəhbər heyəti seçilib

Beynəlxalq Çövkən Federasiyasının rəhbər heyəti seçilib

Beynəlxalq Çövkən Federasiyasının rəhbər heyəti seçilib

Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasının iclası yekunlaşıb.

xəbər verir ki, fevralın 2-də yeni təsis edilmiş Beynəlxalq Çövkən Federasiyasının əsasnaməsinin formatı təsdiq olunub, daha sonra isə digər rəhbər vəzifələrə seçkilər keçirilib.

Səsvermənin yekun nəticələrinə əsasən, Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Moubdi Mohamed federasiyanın vitse-prezidenti seçilib.
İclasın növbəti hissəsində isə regional qrup rəhbəri vəzifələrinə seçkilər keçirilib.

Keçirilmiş səsvermənin nəticələrinə əsasən, Avropa regonal qrupuna çexiyalı Ondrej Matejek, Asiya regional qrupuna özbəkistanlı Yana Pavliva Romanovna, Afrika regional qrupuna nigeriyalı Nura Sani Kangiva, Cənubi Amerika regional qrupuna argentinalı David Adrian Lagomarsino, Okeaniya regional qrupuna isə avstraliyalı Teneille Murray rəhbər seçilib.

Qeyd edək ki, Baş Assambleyanın ilk iclasında Bəhruz Nəbiyev federasiyanın prezidenti, polşalı Maciej Michal Olbrych isə baş katibi seçilmişdi.

Bununla da Beynəlxalq Çövkən Federasiyasının təsisi təsdiqlənib və qurum rəsmi olaraq fəaliyyətə başlayıb.

***

12.06

Beynəlxalq Çövkən Federasiyasının rəhbər heyəti seçilib.

xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün keçirilən Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının əsasnaməsi təsdiqini tapıb:

“İki gün ərzində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə 19 ölkədən 29 nümayəndə qatılıb. Beynəlxalq Çövkən Federasiyasının bu gün keçirilən görüşündə Federasiyasının vitse-prezidentlərinin və region qrupların rəhbərləri seçildi. Bu gün 3 vitse-prezident seçildi. Vitse-prezident postuna Böyük Britaniyadan Anna Holl, Türkiyədən Zübeyir Bekiroğlu və Mərakeşdən Mohammed Mubdi seçiliblər. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub. Bizim hazırda 6 regional qrupumuz var”, – o deyib.

Qeyd edək ki, ötən gün Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın iclası keçirilib. İclasda keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə uyğun olaraq Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə Baş katib seçilib.

Share: