Yerevanda etirazçılar Baş Prokurorluğu mühasirəyə aldı

Ermənistan baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri binanın girişinə toplaşıblar.
10-15 nəfərdən ibarət qrup prokurorluq nümayəndələrinin binaya daxil olmasına imkan verməyib.
Davtyanın istefasının tələb olunmasında səbəb onun baş nazir Nikol Paşinyanla fikir ayrılığıdır. Paşinyan ölkədə siyasi məhbusların olduğunu desə də, Davtyan bunu inkar edib. (Oxu.Az)

Share: