Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edilib

Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edilib

Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edilib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırıb ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 05 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.

“-Economics” xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunub ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün ünvan və əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (+994) 941

Share: