Salvadorda prezident və parlament seçkiləri keçirilir.
-nın TASS-a istinadən verdiyi xəbərə görə, 6,2 milyon seçicinin olduğu ölkədə 1,5 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07.00-da açılıb.
Prezident seçkilərində 6 namizəd, parlamentdə yerlər uğrunda 13 partiya mübarizə aparır.
Salvador prezidentli respublikadır, prezident 5 il müddətinə seçilir. İlk turda namizədlərin hər hansı birinin qalib gəlməsi üçün seçicilərin 50 faizindən çoxunun səsini qazanmaq lazımdır. Əgər namizədlərin hər hansı biri 50 faizdən çox səs qazanmazsa, ikinci tur keçirilir.
Yanvar ayında ABŞ-ın “Gallup” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 80 faizi hazırkı prezident Nayiba Bukeleyə səs verməyə hazırdır. Nayiba Bukeleyin lideri olduğu Yeni İdeya Partiyasının isə parlament seçkilərində qələbə qazanacağı proqnozlaşdırılır.