Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen “Digah-Bilgəh” magistral qaz kəməri zədələnib.
“Azəriqaz” İB-dən -ya verilən xəbərə görə, baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb.
Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib. Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.