Qəzza zolağındakı böhran regiondan kənara da yayılaraq daha böyük və idarəolunmaz hərbi münaqişəyə gətirib çıxara bilər.
-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalına açıqlamasında deyib.
“Qəzzada müharibə başlayandan bəri biz münaqişənin bütün regiona yayılma riskini daim gündəmə gətirmişik”, – deyə Fidan bildirib.
Diplomatın fikrincə, İsrailin Qəzzadakı hərəkətlərini “odla oynamaq”la müqayisə etmək yerinə düşər.
“Odla oynadığınız zaman bu yanğın hər an alova çevrilə və idarəolunmaz hala gələ bilər. Biz bu risklə üz-üzəyik. Türkiyə regional tərəfdaşları və ABŞ ilə daim danışıqlar aparır. Münaqişə daha da böyüyə və bölgədən kənara da yayıla bilər” – diplomat vurğulayıb.