05.02.2024-cü il tarixində, təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş vermişdir.
Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmamış, yanğın nəticəsində xəsarət alan olmamışdır. FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınmışdır. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.