Ukraynadakı münaqişənin sonu görünmür.
xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstəyi davam etdirməlidir.
Şolts bildirib ki, 2024-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 7 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. O deyib ki, nə qədər lazımdırsa Kiyevə yardım davam edəcək.
Bundan əvvəl Avropa İttifaqı Ukraynaya yaza qədər bir milyon mərmi tədarük edəcəyinə söz vermişdi.