Türkiyənin mövqeyi Avropa Birliyinə (AB) üzvlük danışıqlarını davam etdirilməsinə icazə vermir.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Türkiyə tərəfinin mövqeyi danışıqların davam etdirilməsinə şərait yaratmır və mən düşünürəm ki, bu uzunmüddətli prosesdir. Bu gedişlə Türkiyənin yaxın illərdə ittifaqa daxil olacağı gözlənilmir. Mən bu məsələni artıq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Parisdə müzakirə etmişəm. Yeni əməkdaşlıq parametrlərinin müəyyən edilməsinin vacibliyi vurğulanıb”, – fransız lider vurğulayıb.
Dövlət başçısı onu da əlavə edib ki, miqrasiya sahəsində Türkiyə ilə AB-nin ortaq maraqları mövcuddur.
Müstəqil.Az