Böyük Britaniya Baş naziri Rişi Sunak kral III Çarlza xərçəng diaqonuzunun qoyulmasına münasibət bildirib.
BBC-yə istinadən xəbər verir ki, Sunak hadisədən şok olduğunu və kədərləndiyini deyib. O, xəstəliyin vaxtında müəyyən edilməsinə görə şükr etdiyini və krala tezliklə sağalmasını arzuladığını deyib.
Baş nazir kralla müntəzəm ünsiyyətinin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, 75 yaşlı kral III Çarlza ötən gün xərçəng diaqonuz qoyulub. Onun prostat xərçəngi olmadığı bildirilib. Bununla belə saray kralın dəqiq diaqonuzunu açıqlamayıb. Monarxın səhhətindəki vəziyyətlə əlaqədar ictimai vəzifələrini təxirə saldığını, lakin dövlət vəzifələrini davam etdirəcəyi, Baş nazir Sunakla həftəlik görüşlər keçirəcəyi qeyd edilib.
Prins Harrinin atası ilə danışdığı və ABŞ-dan Böyük Britanyiyaya səfər edəcəyi bildirilir.
Xəstəxanadan buraxılan kral gecəni evində keçirib.
Xatırladaq ki, kral Çarlz 73 yaşında taxta çıxıb.