Azərbaycanlı seysmoloqların Türkiyənin zəlzələ bölgəsində tədqiqat işlərinin nəticəsi açıqlanıb

Azərbaycanlı seysmoloqların Türkiyənin zəlzələ bölgəsində tədqiqat işlərinin nəticəsi açıqlanıb

Azərbaycanlı seysmoloqların Türkiyənin zəlzələ bölgəsində tədqiqat işlərinin nəticəsi açıqlanıb

Ötən il fevralın 6-da qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərində baş verən zəlzələ ilə bağlı fevralın 6-da Türkiyə Respublikasının Kocaeli Universitetinin nümayəndələrinin iştirakı ilə “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda onlayn iclas keçirilib.

xəbər verir ki, iclasda Seysmoloji Xidmət Mərkəzinin direktoru professor Qurban Yetirmişli 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb.

O, çıxışı zamanı, həmçinin RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirib.

Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək.

Share: