İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürərək, təxminən 1000 metr hündürlüyə vulkanik kül püskürüb.
xəbər verir ki, “Antara News”un məlumatına görə, vulkan yerli vaxtla saat 07.30-da püskürüb.
Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) açıqlamasında, partlayış mərkəzindən 5 kilometr və Besuk Kobokan yaxınlığında çay yatağından 500 metr uzaqlaşmağın lazım olduğuna diqqət çəkdi.
Semeru Vulkanının aktivlik səviyyəsi 16 dekabr 2021-ci ildən etibarən 3-cü xəbərdarlıq səviyyəsindədir.