Azərbaycanın Çindəki səfirliyində səsvermə başlayıb

Azərbaycanın Çindəki səfirliyində səsvermə başlayıb

Azərbaycanın Çindəki səfirliyində səsvermə başlayıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.

xəbər verir ki, seçki məntəqəsində yerli vaxt ilə saat 08:00-dan etibarən səsvermə başlayıb. Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkiləri ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkilərə bayram əhval ruhiyyəsində qatılırlar.

Share: