“Sivil Toplum” Monitorinq Koalisiyası: “Seçici fəallığı çox yüksəkdir”

“Sivil Toplum” Monitorinq Koalisiyası: “Seçici fəallığı çox yüksəkdir”

“Sivil Toplum” Monitorinq Koalisiyası 07 fevral tarixində keçirilən Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçki prosesi ilə bağlı açıqlama yayıb.

“Sivil Toplum” Monitorinq Koalisiyasından bildirilib ki, ötən seçkilərlə müqayisədə bu seçkilərdə fəallıq çox yüksəkdir. Bəzi texniki qüsurlara rəğmən hələ ki, seçkilər qanunvericliyin tələbləri çərçivəsində şəffaf keçirilir. Seçkilərin nəticəsinə təsir edə biləcək ciddi nöqsan hələ ki, qeyd edilməyib. Koalisiyasının 613 müşahidəçisi respublika ərazində 60-dan çox seçki dairəsində seçkiləri müşahidə edir.

Share: