Fevralın 14-də NATO-nun mənzil-qərargahında ABŞ-nin təşkilatçılığı ilə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası keçiriləcək.
xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Ukrayna ilə bağlı görüşün başqa təfərrüatları barədə məlumat verilmir.
Alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək görüşünə gəlincə, NATO-nun baş katibi Yens Stoltenberq ənənəvi olaraq proqramı ondan bir gün əvvəl elan edəcək.
Ukraynaya yardım üzrə təmas qrupunun sonuncu iclası yanvarın sonunda baş tutub.