ABŞ Dövlət Departamenti Polşaya 1,2 milyard dollar dəyərində radar kəşfiyyat sistemlərinin satışına dair sazişi təsdiqləyib.
xəbər verir ki, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sazişə əsasən Polşa ABŞ-dan hava və yerüstü radar kəşfiyyat sistemləri, sensor sistemləri və digər hərbi avadanlıqlar tədarük edəcək.
Mümkün sövdələşmənin NATO müttəfiqinin döyüş qabiliyyətini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik sahəsində maraqlarının həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.