Haitidə baş nazirə qarşı etirazlarda 10 nəfər ölüb

Haitidə baş nazirə qarşı etirazlarda 10 nəfər ölüb

Haitidə baş nazirə qarşı etirazlarda 10 nəfər ölüb

Haitidə baş nazir Ariela Henrinin istefası tələbi etiraz aksiyaları keçirilir.

xəbər verir ki, bu barədə “Gazette Haiti” məlumat yayıb.

Haiti Milli Polis qüvvələri ilə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10-a qədər insan həlak olub.

Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmçinin, EFE agentliyinin məlumatına görə, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb.

Paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.

Yanvarın sonunda Haiti Parlamenti Senatının keçmiş üzvü, 2021-ci ilin iyulunda öldürülən prezident Jovenel Moisenin müttəfiqi Jan-Çarlz Moise ölkə vətəndaşlarını Henri hökumətini devirmək üçün fevralın əvvəlində kütləvi etiraz aksiyalarına çıxmağa çağırıb.

Share: